EN

Azərbaycan və Britaniyanın NATO-dakı səfirləri regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Böyük Britaniyanın NATO-dakı daimi nümayəndəsi Anqus Lapsley ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə X-də paylaşım edib.

Diplomat bildirib ki, Britaniyanın səfiri ilə Azərbaycan-NATO əməkdaşlığı ilə bağlı səmərəli müzakirələr aparıb:

‘Sülh Naminə Tərəfdaşlıq (SNT) çərçivəsində tərəfdaşlıq, Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətləri strateji tərəfdaşlığa, o cümlədən regionda baş verən son hadisələr və Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı tarixi Vaşinqton görüşünün nəticələri barədə müzakirələr apardıq”.

Chosen
4
7
apa.az

8Sources