ain.az, Oxu.az saytına istinadən bildirir.
"Azərbaycanın strateji yerləşməsi bizə imkan verir ki, Orta Asiyadan Türkiyəyə və Avropa İttifaqına "yaşıl elektronları" ötürən bir körpü rolunu oynayaq".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Beynəxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı SOCAR-ın vitse-prezidenti Əfqan İsayev deyib.
O qeyd edib ki, dənizdə külək enerjisinin inkişafı nəzərdən keçirilir:
"Quruda külək, günəş enerjisindən istifadə inkişaf mərhələsindədir. Amma dənizdə potensial hələ toxunulmamış qalıb, bu sahədə çox böyük imkanlar var. Xəzər dənizindəki ərazi sularımızda təxminən 157 giqavatlıq imkan mövcuddur. Bundan əlavə, geotermal enerji hələ istifadə olunmayıb. Biz bəzi tərəfdaşlarla birlikdə araşdırmalara başlamışıq və gələcəkdə elektrik istehsalı, geotermal enerji, eləcə də mərkəzləşdirilmiş istilik üçün daha çox iş görüləcək. Bu sahədə də böyük imkanlar var".
Məhərrəm Əliyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.