EN

Ankara-Bakı reysini həyata keçirən təyyarədə əsassız həyəcan siqnalı verilib

Bakı. Trend:

22 sentyabr 2025-ci il tarixində Ankara - Bakı müntəzəm reysinihəyata keçirən “Ajet” aviaşirkətinin kapitanı Heydər ƏliyevBeynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcansiqnalı barədə sorğu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Trend-ə verilən məlumatagörə, təyyarə yerli vaxtla saat 15:55-da Bakı hava limanınatəhlükəsiz eniş edib.

Bildirilib ki, beynəlxalq təhlükəsizlik protokollarına uyğunprosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyənolunub ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydəalınmayıb.

Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zamanprioritetdir.

Əlavə olaraq bildiririk ki, baş vermiş hadisə Heydər ƏliyevBeynəlxalq Aeroportunun əməliyyat proseslərinə təsir göstərməyib.Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir.

Chosen
6
44
az.trend.az

10Sources