EN

Nazirlər Bakı Türk Anadolu Liseyinin yeni binasının açılışında - FOTOLAR

Bu gün elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyənin milli təhsil naziri Yusuf Tekin Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimində iştirak edib.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə Türkiyənin milli təhsil naziri Yusuf Tekin çıxış edərək təhsilin xalqlar arasında birliyi gücləndirən ən vacib amillərdən biri olduğunu bildirib. O, Azərbaycan və Türkiyənin birgə təhsil layihələrinin davamlı şəkildə genişləndiyini diqqətə çatdırıb.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında iki ölkə arasında təhsil sahəsində qarşılıqlı etimad və dəstəyin ildən-ilə gücləndiyini qeyd edib, Bakı Türk Anadolu Liseyinin yeni binasının bu əməkdaşlığın davamlı xarakter daşıdığını göstərən mühüm bir addım olduğunu bildirib. Nazir hər iki ölkə başçısının elm və təhsil sahəsində əməkdaşlığın inkişafına verdikləri dəstəyi xüsusi vurğulayıb. 

Mərasim çərçivəsində xatirə ağacı əkilib, simvolik lentkəsmə mərasimi baş tutub və qonaqlar yeni tədris binası ilə yaxından tanış olublar.

"Cebheinfo.az"

Chosen
11
7
cebheinfo.az

9Sources