EN

“Vaşinqton razılaşması Fransanın mövqeyini dəyişməyə vadar edib” -

Xəbər verdiyimiz kimi, Fransanın Azərbaycandakı səfiri Sofi Laqut sülh yolunda qətiyyətlə irəliləyən bir ölkədə Fransanı təmsil etməyin onun üçün böyük şərəf olduğunu bildirib. Bu barədə Fransanın Azərbaycandakı Səfirliyinin sosial media hesabında paylaşım edilib. “Tarixi, adət-ənənələri və müxtəlifliyi ilə zəngin, strateji əhəmiyyətə malik və sülh yolunda qətiyyətlə irəliləyən bir ölkədə Fransanı təmsil etmək mənim üçün böyük şərəfdir”,- deyə səfir qeyd edib. Millət vəkili Azər Bayramov Metbuat.az-a açqılamasında bildirib ki, Fransanın Azərbaycandakı yeni səfiri Sofi Laqut ölkəmizi “sülh yolunda qətiyyətlə irəliləyən” bir dövlət kimi səciyyələndirməsi yaratdığımız yeni reallığın Fransa dövləti tərəfindən qəbul edilməsinin göstəricisidir: “Səfir xalqımıza müraciət edərək bu tarixi, adət-ənənələri və müxtəlifliyi ilə zəngin, strateji əhəmiyyətə malik və sülh yolunda qətiyyətlə irəliləyən bir ölkədə Fransanı təmsil etmək böyük şərəf olduğunu bildirib. Həm də Fransa Azərbaycan münasibətlərin inkişaf etdirilməsinə çalışacağını qeyd edir.Təbii ki, son illər Makron hakimiyyətinin ölkəmizə qərəzli münasibəti üzündən Azərbaycan Fransa münasibətləri çox aşağı səviyyəyə enmişdi. Xanım səfir iki ölkə arasında münasibətlərin aşağı enməsinin günahı Fransa dövlətinin üzərində olduğunu yaxşı bilir. Ona görə də yaydığı müraciətdə bu məsələni önə çəkib”. Millət vəkili vurğulayıb ki, 8 avqustda Vaşinqtonda imzalanmış sazişlərdən sonra Fransanın birtərəfli dəstək göstərərək silahlandırdığı Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması yeni geosiyasi reallıq yaradıb. Onun sözlərinə görə, Vaşinqton razılaşmaları Fransanı da regiona münasibətdə mövqeyini dəyişməyə vadar edib: “Bu gün isə ABŞ-nin təşəbbüsü ilə regionumuza gəlməkdə olan sülh razılaşmaları uzun illər münaqişəyə ikili standartlardan yanaşan qərb auditoriyasını dabaxışlarınıdəyişməyinə məcbur edir.Azərbaycan həmişə bütünölkələrlə sülh və əməkdaşlıq, qarşılıqlı hörmət və etimad əsasında münasibətləri davam etdirməkdə maraqlıdır. Bu baxımdan Fransa həqiqətən Azərbaycan qarşı olan qərəzli münasibətini reallıqda dəyişərsə ölkələrimiz arası münasibətlər yenidən normal müstəviyəyə qayıda bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az

Chosen
13
1
metbuat.az

10Sources