EN

Paşinyan NATO rəsmisi ilə sülhü müzakirə etdi

Ermənistanın baş nazirİ Nikol Paşinyan NATO Parlament Assambleyasının prezidenti Markos Perestellonu qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Paşinyan İrəvanda NATO Parlament Assambleyasının 108-ci "Rose-Roth" Seminarının keçirilməsini alqışlayıb və NATO ilə əlaqələrin, o cümlədən sülhməramlı missiyalarda və demokratik təsisatların gücləndirilməsinə yönəlmiş proqramlarda iştirakın vacibliyini vurğulayıb.

Markos Perestrello NATO Parlament Assambleyası çərçivəsində erməni tərəfdaşlarla qarşılıqlı fəaliyyətə toxunub.

Regionda sülhün və sabitliyin təmin edilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.  

Ağarza Elçinoğlu

Chosen
3
1
unikal.az

1Sources