EN

“Adnan Əhmədzadə yazılanlardan narahatdır…” –Vəkildən növbəti açıqlama

“Adnan Əhmədzadə nüfuzlu iş adamıdır. Media və sosial şəbəkələrdə onun şərəf və ləyaqətini aşağılayan məlumatlar yayılır. O məlumatlar həqiqəti əks etdirmir. Müvəkkilim və mən bundan narahatıq”.

AzPost bildirir ki, bu sözləri Teleqraf-a açıqlamasında ötən həftəsonu həbs edilən iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev deyib.

O, iş adamının şəxsi istəyi ilə vəkil kimi prosesə qatıldığını vurğulayıb.

Ş.Mirzəyev A.Əhmədzadənin konkret hansı maddələrlə ittiham olunması haqda sualı cavablandırmaqdan imtina edib. Buna baxmayaraq, müvəkkili ilə İstintaq Təcridxanasında görüşdüyünü, A.Əhmədzadənin səhhətinin qaydasında olduğunu və özünü yaxşı hiss etdiyini bildirib.

AzPost.az

Chosen
9
9
azpost.info

10Sources