UEFA Avropa Liqasının ilk turunda keçiriləcək “Dinamo” (Zaqreb) – “Fənərbağça” oyununu fransalı hakim Jerom Brizar idarə edəcək.
İdmanxeber.az xəbər verir ki, sentyabrın 24-də “Maksimir” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Brizarın köməkçiləri Aleksis Oje və Ervan Finjean olacaq.
Matçın dördüncü hakimi isə Tomas Leonard təyin olunub.