EN

Ərdoğan: Suriya yenidən qurulmalıdır

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

2011-ci ildən bəri davam edən Suriya münaqişəsi yüz minlərlə insanın həyatına son qoyub, milyonlarla insanı yurd-yuvasından didərgin salıb və böyük dağıntılara səbəb olub. Hazırda bütün Yaxın Şərqin sabitliyi üçün Suriyanın yenidən qurulması və bərpası zəruridir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Newsweek" jurnalında dərc olunmuş "Ədalət və Rifah üçün Türkiyənin Diplomatik Vizyonu" başlıqlı məqaləsində bildirilir.

Türkiyə lideri deyib ki, Suriyanın gələcəyinə dair atılacaq hər bir addımda ilk növbədə suriyalıların maraqları nəzərə alınmalıdır:

"Ölkədə davamlı sülh və sabitlik yalnız hər hansı bir qrup və ya aidiyyətə üstünlük verilmədən, bütün suriyalıların ortaq iradəsinin təmin olunması ilə mümkündür".

Ərdoğan vurğulayıb ki, Türkiyə hər zaman "Suriyanın ərazi bütövlüyünə və siyasi birliyinə hörmət" prinsipini müdafiə edib və bundan sonra da bu mövqeyini davam etdirəcək:

"Ankara suriyalıların iradəsini kənara qoyan, separatçı məqsədlərə və terror təşkilatlarına şərait yaradan bütün təşəbbüslərə qarşı çıxır. Son on dörd ildə Suriyada buraxılmış səhvləri aradan qaldırmağın yeganə yolu sabit dövlət və cəmiyyət quruluşunun formalaşdırılması, ortaq təhlükəsizlik yanaşması əsasında əməkdaşlığa dəstək verməkdir. Yaşanmış acı təcrübələr göstərir: ədalət, həqiqət və həmrəyliyin üstünlük təşkil etdiyi gələcək yalnız ortaq iradə ilə mümkündür. Bu məsuliyyətin fərqində olan Türkiyə bəşəriyyətin şərəfli və ədalətli gələcəyə doğru addımlamasına öncülük etməkdə davam edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
2
sherg.az

3Sources