EN

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoyur - Pərviz Şahbazov

Bakı. Trend:

Hazırda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq yeni mərhələyəqədəm qoyur.

Trend xəbərverir ki, bunu Azərbaycanın enenergetika naziri Pərviz Şahbazov bugün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiyaForumunda bildirib.

Onun sözlərinə görə, ilk dəfə olaraq Azərbaycan, Qazaxıstan vəÖzbəkistan arasında elektrik şəbəkələrinin birləşdirilməsiistiqamətində addımlar atılır ki, bu da Transxəzər enerjidəhlizinin reallaşdırılmasına imkan yaradacaq və Mərkəzi Asiya iləCənubi Qafqazı yaşıl keçidin lider regionlarına çevirəcək:"Qazaxıstan və Özbəkistanla yaşıl enerji sahəsində əməkdaşlığımızkompleks xarakter daşıyır və vahid regional yaşıl enerjiplatformasının qurulmasına yönəlib. Bu istiqamətdə ilk mühümaddımlar ötən il Bakıda keçirilmiş COP29 zamanı atıldı. Azərbaycan,Qazaxıstan və Özbəkistan prezidentləri arasında yaşıl enerji üzrəstrateji tərəfdaşlıq haqqında hökumətlərarası saziş imzalandı. Eynizamanda Səudiyyə Ərəbistanı Krallığının sərmayədar kimi bulayihələrdə iştirakı ilə bağlı sənədlər qəbul edildi".

"Daha sonra “Green Corridor Alliance” adlı birgə müəssisəyaradıldı və onun mərkəzi ofisi Bakıda yerləşdirildi. Gələn aylayihənin texniki-iqtisadi əsaslandırılmasını həyata keçirəcəkməsləhətçi şirkətin seçilməsi üçün tender keçiriləcək. Bu prosesAsiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiyaBankının (AIIB) maliyyə dəstəyi ilə ilin sonuna qədər başlanacaq",- nazir qeyd edib.

Chosen
6
1
az.trend.az

2Sources