EN

Donbasda Rusiyanın dron və sursat anbarları məhv edildi


Ukrayna Müdafiə Qüvvələri Donetsk və Luqansk vilayətlərində Rusiyaya məxsus hərbi pilotsuz uçuş aparatı və sursat anbarlarına zərbələr endirib. Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya Luqansk vilayətində işğal altında olan Boqdanovka yaxınlığında 70-ci motoatıcı diviziyanın 17-ci tank alayına döyüş sursatlarının və Donetsk vilayətində ordunun ehtiyacları üçün 19 mindən çox müxtəlif tipli PUA-nın paylanmasını təşkil etməyə cəhd edib.

“Yük maşınları on minlərlə mina, qumbaraatan və müxtəlif növ döyüş sursatları, minlərlə tank mərmisi (o cümlədən yüksək dəqiqliyə malik ZUBK-14) və artilleriya mərmilərini tank alayının səhra anbarına çatdırıb”, - deyə Baş Qərargahdan bildiriblər.

Hərbi mənbələrin məlumatına görə, ikinci insidentdə yük müxtəlif PUA-lardan (“Molniya”, “Bumeranq”, “Vandal Novqorodski”, “Qorınıç” və başqaları) və əlaqəli avadanlıqlardan (batareyalar, rabitə modulları və video ötürücülər) ibarət olub.

Bundan əvvəl, avqustun 29-da Dnepr əməliyyat-strateji qüvvələrinin qoşunları Rusiyaya məxsus hücum PUA-larının böyük ehtiyatını məhv edib, pilotsuz uçuş aparatlarının logistika paylama məntəqəsinə zərbə endirib.

ZÜMRÜD

Chosen
2
6
baki-xeber.com

7Sources