EN

Əfqanıstan təhsilində İran xofu: Kitablar yasaqlandı

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əfqanıstanın Tədris Vəsaitlərinə Nəzarət Komitəsinin adı çəkilməyən nümayəndəsi "BBC" xəbər agentliyinə açıqlamasında diqqətə çatdırıb kİ, ölkədəki bütün ali təhsil müəssisələrinə göndərilmiş qadağa siyahısında göstərilən 679 vəsaitdən 310-u iranlı müəlliflərin əsərləridir. Nümayəndənin sözlərinə görə, bu kitabların yasaqlanmasında məqsəd yerli təhsil sisteminə "İran təbliğatının sızmasının qarşısını almaqdır". Ölkədəki universitetlərinin müəllim heyəti bu qərardan narahatdırlar. Adının gizli saxlanması şərti ilə telekanala müsahibə verən professor vurğulayıb ki, iranlı müəlliflərin əsərlərinin tədris proqramlarından çıxarılması nəticəsində yaranan boşluğu doldurmaq "qeyri-mümkündür". "İranlı müəlliflərin, tərcüməçilərin əsərləri Əfqanıstan universitetlərini dünyanın akademik ictimaiyyəti ilə birləşdirən körpü rolunu oynayır. Onların qadağa siyahısına salınması ali təhsilə böyük zərbədir", - o söyləyib.

(Əfqanıstanda bir universitetin kitabxanası) İran və Əfqanıstanın münasibətləri son illərdə su ehtiyatları ilə əlaqədar mübahisələr və toqquşmalar ucbatından gərgindir. Eyni zamanda, Tehran cəmiyyətdə Əfqanıstan vətəndaşlarına nifrətin artması fonunda cari ilin yanvar ayından bəri 1,5 milyondan çox əfqanı öz ölkələrinə qovub.

"Taliban" qadınların qələmini də əllərindən alır

Əfqanıstanda "Taliban" hökumətinin tədris proqramını dəyişməsi çərçivəsində həmçinin qadın müəlliflərin yazdıqları əsərlər də yasaqlanıb. Qadağa siyahısındakı 679 kitabdan təqribən 140-ı məhz qadın müəlliflərə məxsusdur. Ölkədə "şəriət qanunlarına zidd sayılan" 18 fənn, o cümlədən insan hüquqları, cinsi qısnama və bir sıra digər mövzu da proqramdan çıxarılıb. Xatırladaq ki, 2021-ci ilin 15 avqustunda Əfqanıstanda yenidən iqtidara gələn radikal "Taliban" hərəkatı ölkədə müxtəlif sahələrdə məhdudiyyətlər, qadağalar irəli sürüb. Bu çərçivədə son həftə ali lider Heybətulla Axundzadənin əmrinə əsasən, 10 əyalətdə "əxlaqsızlığın qarşısını almaq" məqsədilə fiber-optik internet yasaqlanıb. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
2
azvision.az

3Sources