EN

Yeganə əvəzedici: Beyni qocaltmır

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Süni dadlandırıcılar (taqatoza istisna olmaqla) zehni zəifləməni sürətləndirə və xüsusilə diabetli insanlarda yaddaşı zəiflədə bilər. 

“Cebheinfo.az” xəbər verir ki, San-Paulu Universitetinin (Braziliya) alimləri belə qənaətə gəliblər. Tədqiqatın nəticələri “Neurology” jurnalında dərc olunub.

Alimlər 12772 nəfərin pəhriz və sağlamlıq məlumatlarını təhlil ediblər. Könüllülərin orta yaşı 52 olub.  24 il ərzində iştirakçılar pəhriz içkiləri və tərkibində aşağı və kalorisiz tatlandırıcılar olan məhsulların istehlakı da daxil olmaqla, pəhrizləri ilə bağlı anketləri doldurublar. Şəkər əvəzedicilərinin istehlakına əsasən iştirakçılar aşağıdan yuxarıya doğru üç qrupa bölünüblər. Gündəlik istehlak 20 ilə 191 milliqram arasında dəyişib. Sorbitol ən çox istehlak edilən dadlandırıcı olub.

Koqnitiv statusu qiymətləndirmək üçün iştirakçılar yaddaş, dil biliyi, iş yaddaşı və məlumatın emal sürəti testlərini tamamladılar. Məlum olub ki, ən çox süni dadlandırıcılar qəbul edənlərin koqnitiv funksiyaları minimal miqdarda istehlak edənlərə nisbətən 62% daha sürətli azalıb.

Tədqiqatçılar hesablayıblar ki, şəkər əvəzediciləri istehlak edənlərin beyin qocalması orta hesabla 1,6 ildir. Hətta orta miqdarda dadlandırıcı qəbul edənlər də idrak funksiyasında 35% daha sürətli azalma yaşadılar. Mənfi təsir xüsusilə 60 yaşdan kiçik iştirakçılarda, eləcə də diabetli insanlarda özünü göstərib. 60 yaşdan yuxarı olanlarda belə bir əlaqə tapılmayıb.

Tədqiqa,t həmçinin aspartam, saxarin, asesulfam kalium, eritritol, sorbitol və ksilitol daxil olmaqla sınaqdan keçirilmiş bütün tatlandırıcıların koqnitiv zəifləməni sürətləndirdiyini aşkarlayıb. Yeganə istisna taqatoz olub. O, az miqdarda giləmeyvə, meyvə, tərəvəz, kakao, süd və süd məhsullarında olur.

Xəzər

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
cebheinfo.az

2Sources