EN

I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günündə 5,5 milyard dollar dəyərində layihələr imzalanıb

Azərbaycanda keçirilən I Beynəlxalq İnvestisiya Forumunun birinci günündə imzalanmış sənədlərin və layihələrin ümumi dəyəri 5,5 milyard ABŞ dollarından artıqdır.

APA-Economics” xəbər verir ki, bunu Forum çərçivəsində jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, sabah, yəni Forumun ikinci günündə həm Azərbaycanda, həm də ölkəmizdən kənarda şirkətlərimiz tərəfindən həyata keçiriləcək iqtisadi və investisiya layihələrinə dair bir sıra digər mühüm sənədlər imzalanacaq.

Chosen
1
8
apa.az

10Sources