I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İqtisadiyyat Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında “Dövlət-özəl tərəfdaşlığı sahəsində potensialın artırılması üzrə Əməkdaşlıq Sazişi” imzalanıb.
"APA-Economics" xəbər verir ki, sənədə iqtisadiyyat naziri Mikayıl Cabbarov və IFC-nin Avropa üzrə məsləhət (PPP) xidmətləri üzrə regional meneceri Tomas Lyubek imza atıblar.






