EN

Polşada tapılan PUA qalıqları ilə bağlı təfərrüatlar açıqlandı

"Polşada tapılan pilotsuz təyyarənin qalıqlarında döyüş başlıqları olmayıb".

Qaziler.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “TVP Info” telekanalı tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

"Sakinlərə və ya onların əmlakına hər hansı zərər vura biləcək bir dənə də olsun silahlı dron tapılmayıb", - Polşanın baş naziri bildirib.

Tusk əlavə edib ki, Polşa rəsmiləri Polşanın hava məkanını pozmuş ola biləcək dronların dəqiq sayını bilmirlər. O bildirib ki, bu məlumat yalnız bütün dron qalıqları aşkarlanmasından sonra mümkün olacaq. Baş nazir qeyd edib ki, hazırda pilotsuz təyyarələrin axtarışı davam edir.

QAZİLER.AZ

Chosen
11
qaziler.az

1Sources