ain.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Liverpul”un hücumçusu Məhəmməd Salah özünü Lionel Messi ilə müqayisə edərkən açıq şəkildə argentinalı ulduzu seçib.
İdman.biz xəbər verir ki, Misirli futbolçu əvvəlcə 38 yaşlı “İnter Mayami” hücumçusunu Diego Maradonaya üstün tutsa da, daha sonra özünü deyil, səkkiz dəfə “Qızıl Top” qazanan Messini üstün tutub.
“Mən yoxsa Messi? deyə sual versələr, həmişə onu seçərəm”, - Salah İspaniya mediasına açıqlamasında bildirib.
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm 7 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin bu il “Qızıl Top”a namizəd olan 30 futbolçudan biridir, lakin Messi bu siyahıda yer almır. Mükafatın təqdimatı isə bu gün Parisdə keçiriləcək.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.