EN

İrəvana gedən Murad Muradov ermənilərə dedi: Sülh prosesini başa çatdırmaq üçün...

Bakı ilə İrəvan arasında tez-tez səfərlər və təmaslar iki ölkə arasında sülh prosesinin sürətləndirilməsinə töhfə verə bilər.

Publika.az xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində hazırda İrəvanda olan Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov deyib.

"Şadam ki, Ermənistana səfər edə bildim. Bu, onu göstərir ki, biz Azərbaycan və Ermənistan düzgün istiqamətdə gedirik. Çoxdankı sülh prosesini başa çatdırmaq üçün müsbət niyyətlər və səmimi istək var", - azərbaycanlı ekspert bildirib.

Qeyd edək ki, Muradov İrəvanda keçirilən NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarında iştirak edir.

Chosen
16
publika.az

1Sources