EN

Bazarlara vergi nəzarəti gücləndirilir - Tarix elan edildi

Bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilmiş dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək.

Modern.az xÉ™bÉ™r verir ki, dÉ™yiÅŸikliklÉ™rÉ™ É™sasÉ™n, bazarlarda icarəçilÉ™rin faktiki fÉ™aliyyÉ™t göstÉ™rmÉ™si yalnız onların icarÉ™yÉ™ götürdüklÉ™ri obyektlÉ™rin vergi orqanında uçota alınması tÉ™min edildikdÉ™n sonra mümkün olacaq. Bu öhdÉ™liyin tÉ™min edilmÉ™si bazar mülkiyyÉ™tçilÉ™ri tÉ™rÉ™findÉ™n hÉ™yata keçirilmÉ™lidir.

Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiya, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumat yerləşdirilməlidir.

Qanunvericiliyin yeni tələblərinə əsasən, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi ilə bağlı vəzifə də müəyyən edilib. Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil.

Bazarların mülkiyyətçiləri tərəfindən oktyabrın 1-dən növbəti 6 ay ərzində vergi orqanında uçota alınmamış təsərrüfat obyektinin və həmin obyekti icarəyə götürənlərin uçota alınması təmin edilməlidir.

Dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə xidmət edəcək, bazarlarda uçotsuz fəaliyyətin qarşısı alınacaq. Bu isə, öz növbəsində, icarə haqlarının rəsmiləşdirilməsinə, bazar mülkiyyətçilərinin qanunauyğun şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaq. (Mənbə: fed.az)

Chosen
2
26
modern.az

10Sources