EN

Putindən ABŞ-a təklif

ABŞ eyni şeyi edərsə, Rusiya Strateji Silahların Azaldılması Müqaviləsinə (START) könüllü əməl etməyə davam etməyə hazırdır.

NOCOMMENT.az bildirir ki, Kremlin Teleqram kanalında verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşü zamanı deyib .

“Rusiya 5 fevral 2026-cı il tarixindən sonra bir il müddətində Yeni START Müqaviləsinin mərkəzi kəmiyyət məhdudiyyətlərinə sadiq qalmağa hazırdır. Biz inanırıq ki, bu tədbir yalnız Birləşmiş Ştatlar oxşar şəkildə hərəkət edərsə və [ölkələrin] çəkindirmə potensialının mövcud balansını poza və ya poza biləcək addımlar atmazsa, səmərəli olacaq”, – dövlət başçısı vurğulayıb.

Eyni zamanda, Putin qeyd edib ki, Rusiya tərəfi vəziyyətin əlavə təhlilini aparmaq niyyətindədir və bunun əsasında Moskva Yeni START çərçivəsində sonradan könüllü özünüməhdudiyyətlərin saxlanmasına dair qərar qəbul edəcək.

Chosen
2
1
nocomment.az

2Sources