Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan idmançıları növbəti həftə bir neçə beynəlxalq yarışda ölkəmizi təmsil edəcəklər.
İdman.biz xəbər verir ki, sentyabrın 22-28-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.- Yarışların siyahısını təqdim edirik:
- Paraüzgüçülük üzrə dünya çempionatı – 17-28 sentyabr (Sinqapur);
- Şahmat üzrə 8, 10, 12 yaşadək oğlanlar, qızlar və yeniyetmələr arasında dünya çempionatı – 18 sentyabr - 1 oktyabr (Qazaxıstan, Almatı);
- Qılıncoynatma (sablya) üzrə kişilər arasında Açıq Turnir – 21-22 sentyabr (Türkiyə, Ankara);
- Paraatletika üzrə dünya çempionatı – 22 sentyabr - 6 oktyabr (Hindistan, Dehli);
- Stolüstü tennis üzrə U-13 Avropa çempionatı – 24-28 sentyabr (İsveç, Kosta);
- Batut gimnastikası üzrə beynəlxalq turnir – 26-28 sentyabr (Bolqarıstan, Varna);
- Cüdo üzrə kişilər, qadınlar, gənc oğlan və qızlar arasında Avropa Açıq turniri – 27-28 sentyabr (Çexiya, Praqa);
- Batut gimnastikası üzrə beynəlxalq turnir – 27-28 sentyabr (Slovakiya, Bratislava);
- Parabadminton üzrə Avropa çempionatı – 28 sentyabr - 6 oktyabr (Türkiyə, İstanbul);
- Qılıncoynatma (sablya) üzrə yeniyetmə oğlanlar və qızlar arasında "Cadet Circuit" – 28-29 sentyabr (Gürcüstan, Tbilisi).
İdman.biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.