EN

Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycan idmançıları növbəti həftə bir neçə beynəlxalq yarışda ölkəmizi təmsil edəcəklər.

İdman.biz xəbər verir ki, sentyabrın 22-28-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

- Yarışların siyahısını təqdim edirik:

- Paraüzgüçülük üzrə dünya çempionatı – 17-28 sentyabr (Sinqapur);

- Şahmat üzrə 8, 10, 12 yaşadək oğlanlar, qızlar və yeniyetmələr arasında dünya çempionatı – 18 sentyabr - 1 oktyabr (Qazaxıstan, Almatı);

- Qılıncoynatma (sablya) üzrə kişilər arasında Açıq Turnir – 21-22 sentyabr (Türkiyə, Ankara);

- Paraatletika üzrə dünya çempionatı – 22 sentyabr - 6 oktyabr (Hindistan, Dehli);

- Stolüstü tennis üzrə U-13 Avropa çempionatı – 24-28 sentyabr (İsveç, Kosta);

- Batut gimnastikası üzrə beynəlxalq turnir – 26-28 sentyabr (Bolqarıstan, Varna);

- Cüdo üzrə kişilər, qadınlar, gənc oğlan və qızlar arasında Avropa Açıq turniri – 27-28 sentyabr (Çexiya, Praqa);

- Batut gimnastikası üzrə beynəlxalq turnir – 27-28 sentyabr (Slovakiya, Bratislava);

- Parabadminton üzrə Avropa çempionatı – 28 sentyabr - 6 oktyabr (Türkiyə, İstanbul);

- Qılıncoynatma (sablya) üzrə yeniyetmə oğlanlar və qızlar arasında "Cadet Circuit" – 28-29 sentyabr (Gürcüstan, Tbilisi).

İdman.biz

Chosen
2
1
idman.biz

2Sources