EN

Azərbaycanda elektrikli avtobusların yığılması üzrə layihəyə start verilir

Azərbaycanın "Improtex Group" şirkəti ilə Almaniyanın "MAN Truck & Bus" şirkəti arasında elektrikli avtobusların yığılması üzrə saziş imzalanıb.

Bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.

Sənədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə imza atılıb. Layihə ölkədə ekoloji nəqliyyatın inkişafını dəstəkləməyi və elektrikli avtobus parkının genişləndirilməsini hədəfləyir.

Chosen
37
3
banco.az

4Sources