EN

Avropa İttifaqı Azərbaycanın minalaradan ziyan çəkmiş rayonlarına dəstəyi davam etdirəcək

Avropa İttifaqı Azərbaycanın minalaradan ziyan çəkmiş rayonlarına dəstəyi davam etdirəcək.

Day.Az xəbər verir ki, bu haqda Avropa Komissiyasının Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Azərbaycan və Ermənistan səfərlərinin nəticələrinə dair bəyanatında deyilir.

Səfər zamanı komissar Kos Aİ-nin Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafa sadiqliyini təsdiqləyərək Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək verdiyini vurğulayıb. O, ticarət marşrutları, infrastruktur layihələri və insanlar arasında əlaqələrin inkişafı vasitəsilə regional əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.

Azərbaycan səfəri çərçivəsində Aİ ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi və "Global Gateway" təşəbbüsü çərçivəsində investisiyaların cəlbi məqsədilə Yüksək Səviyyəli İqtisadi İşçi Qrupunun yaradılması barədə razılıq əldə olunub.

O, həmçinin Aİ-nin humanitar minatəmizləmə sahəsində dəstəyini davam etdirəcəyini təsdiqləyib: Aİ və onun üzv dövlətləri "Team Europe" təşəbbüsü çərçivəsində 23 milyon avroya qədər vəsait ayırır.

"Səfərim zamanı verilən bəyanatlar bu baxışı konkret resurslarla dəstəkləyir, son diplomatik irəliləyişi bütün region üçün real nəticələrə çevirir",- deyə Kos bildirib.

Chosen
6
9
day.az

10Sources