EN

Heyran Mustafa Zadənin “Rişələr” adlı fərdi sərgisi keçirildi Fotolar

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Praqada yaşayan azərbaycanlı gənc rəssam Heyran Mustafa-Zadənin "Rişələr" mövzusunda fərdi sərgisi keçirilib.

Kulis.az xəbər verir ki, sərgi Beynəlxalq Sülh Gününə həsr olunub.

Praqa Azərbaycan Mədəniyyət Evində sərginin açılışı münasibətilə baş tutan tədbirdə iştirak edənlər, sənət adamları və mütəxəssislər qeyd edib ki, “Rişələr” yaddaş, dözüm və yenilənmə üzərinə bir məkan yaradır: "Keçmiş və itmiş bilinənlər burda yeni başlanğıclar üçün münbit zəminə çevrilir. Heyran Mustafa-Zadənin əsərləri güclü vizual dilə sahib olmaqla yanaşı, dərin fəlsəfi refleksiya ilə izləyicini köklər, rişələr üzərində düşünməyə dəvət edir".

Həmçinin bildirilib ki, Heyran Mustafa-Zadənin “Yeni” silsiləsi və son illərin seçilmiş əsərləri də transformasiya və fəlsəfi idrakı araşdırır, şəxsi təcrübəni ümumbəşəri zaman axarı ilə bağlayır.Sərgidə çıxış edən Heyran Mustafa-Zadə bildirib ki, 44 günlük Qarabağ müharibəsinin təsiri və təəssüratı altında təqdim olunan layihə üzərində işləməyə başlayıb.

Bu silsilə Praqada tamamlanmış, ağrı ilə ümid, yaddaşla yenilənmə arasındakı uçurum üzərindən atılmış körpü obrazına çevrilib.

Sərgidə çex rəssamları, akademik mühitin təmsiçiləri, o cümlədən "Art & Design" İnstitutunun rektoru professor Yulius Qaydoş, sənətşünas İvona Raymanova, tanınmış fotoqraf Tomaş Umlauf və digər sənət adamları, qalereya rəhbərləri, eləcə də Azərbaycan və Türkiyə səfirliklərinin, Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər.Sərginin kuratoru Praqa Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Bəyimdir. Qeyd edək ki, sərgi noyabrın 10-dək davam edəcək.

Başqa mən - Aliyə Kərimzadənin hekayəsi

Ukrayna hökuməti Vudi Alleni qınadı - Rejissorun cavabı

Mikelancelonun freskalarına qarşı vandalizm aktı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
2
kulis.az

6Sources