BAKI, 22 sentyabr. TELEQRAF
“Rusiya milli çəkindirici (nüvə) qüvvələrinin etibarlılığına və effektivliyinə əmindir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında deyib.
“Milli çəkindirici qüvvələrimizin etibarlılığına və effektivliyinə əminik”, - Putin vurğulayıb.
Həmçinin o qeyd edib ki, Qərb ölkələrinin dağıdıcı addımları nüvə silahına malik dövlətlər arasında dialoqun əsaslarını əhəmiyyətli dərəcədə sarsıdıb:
“Qərb dövlətlərinin əvvəllər atdığı kifayət qədər dağıdıcı addımlar nəticəsində nüvə silahına malik dövlətlər arasında konstruktiv münasibətlərin və praktiki əməkdaşlığın təməli əhəmiyyətli dərəcədə sarsılıb”.