EN

Azərbaycan və Beynəlxalq Maliyyə Korporasiyası arasında dövlət-özəl tərəfdaşlığı sahəsində əməkdaşlıq sazişi imzalandı

BAKI, 22 sentyabr. TELEQRAF
Azərbaycan və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında “Dövlət-Özəl Tərəfdaşlıq (PPP) sahəsində Bacarıqların Artırılması üzrə Əməkdaşlıq” sazişi imzalanıb.
Teleqrqf xəbər verir ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan mərasimdə Sazişi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və IFC-nin Avropa üzrə Regional Meneceri Thomas Lubeck imzalayıb.
Saziş PPP əməliyyat məsləhət xidmətləri çərçivəsində tərəflər arasında bilik və təcrübə mübadiləsini nəzərdə tutur.
Chosen
16
4
teleqraf.com

7Sources