EN

Məşhur futbolçu karyerasını BAŞA VURUR

"İnter Mayami”nin yarımmüdafiəçisi Serxio Buskeets gələcək planları ilə bağlı qərarını verib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı ispaniyalı futbolçu karyerasını başa vurmaq niyyətindədir və bu barədə qərarını noyabr ayında rəsmi açıqlayacaq.

Qeyd edək ki, Buskeets “Barselona”nın yetirməsi olub.

Təcrübəli oyunçu Kataloniya klubunun əsas komandası ilə 722 rəsmi oyunda 18 qol vurub və 46 məhsuldar ötürmə edib. O, 2023-cü ilin yayından etibarən “İnter Mayami”də çıxış edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
1
1
bizim.media

2Sources