EN

Murad Muradov: Bakı və İrəvan arasında intensiv təmaslar sülh prosesini sürətləndirəcək

Bakı və İrəvan arasında intensiv səfər və təmas mübadiləsi iki ölkə arasında sülh prosesinin sürətlənməsinə kömək edə bilər.

Far.Az report-a istinadən xəbər verir ki, bunu hazırda İrəvanda olan Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov "Sputnik-Armenia"ya açıqlamasında deyib.

"Ermənistana səfər etmək fürsətinə malik olduğuma görə şadam. Bu, bizim (Azərbaycan və Ermənistan - red.) düzgün yolda olduğumuzu göstərir. Onların bu prosesi (sülh prosesi - red.) başa çatdırmaq üçün həqiqi istəyi var", - M.Muradov bildirib.

O, sülh gündəliyində irəliləyişlərə baxmayaraq, sülh sazişinin imzalanmasını ləngidən amilin mövcudluğunu qeyd edib.

"Azərbaycan öz mövqeyini çoxdan bəyan edib. Ölkə sülh sazişini sənəddən reallığa çevirməyə hazırdır. Lakin bunun üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi, yəni Qarabağla bağlı potensial iddialara istinadların çıxarılması vacibdir", - ekspert qeyd edib.

Qeyd edək ki, M.Muradov İrəvanda NATO-nun Parlament Assambleyasının 108-ci "Rose Rout" seminarında iştirak edir. Onun tədbirin müzakirə panellərindən birində Azərbaycan və Ermənistan arasında sülh prosesi və regional proseslər mövzusunda çıxış edəcəyi gözlənilir.

Chosen
1
1
far.az

2Sources