EN

Bananın qaralmaması üçün kiçik hiylə

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Banan dadlı və şirin meyvədir, qəlyanaltı üçün də əla seçim sayılır. Lakin, dadlı olmasına baxmayaraq, çox tez xarab olur.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qidalanma mütəxəssisləri bildirirlər ki, bananın sap hissəsini (gövdəsini) streç plyonka ilə bükmək meyvənin xarab olma müddətini uzadır və daha uzun müddət müddət təravətli və sarı qalmasına kömək edir.

Banan etilen qazı ifraz edir. Bu qaz təbii yetişmə hormonu olub, meyvələrin tez yetişməsinə səbəb olur

“Bananları uzun müddət təzə saxlamağın ən yaxşı yolu saplarını polietilenlə bükməkdir. Saplar etilen hasil edir və bu, həm bananların, həm də yaxınlıqdakı digər meyvələrin tez yetişməsinə səbəb olur. Plastik isə qazı saxlayan baryer rolunu oynayaraq onların istifadəyə yararlılıq müddətini uzadır. Siz sadə sellofan paketdən də istifadə edə bilərsiniz, onu rezinlə bərkidin. Amma ən yaxşısı kiçik bir parça streç plyonka ilə sarmaqdır”, – ekspertlər məsləhət görürlər.

Əgər ərzaq plyonkanız yoxdursa, alüminium folqa ilə də əvəz edə bilərsiniz. Bundan başqa, bananların sapını sarıdıqdan sonra onları digər meyvələrdən ayrıca saxlamaq lazımdır. Çünki etilen digər meyvələrin də tez yetişməsinə səbəb ola bilər.

Xüsusilə alma, armud və marakuya etilenə həssasdır. Amma sitrus meyvələri, portağal və limon bu təsirə məruz qalmır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
lent.az

1Sources