EN

İran və Azərbaycan arasında enerji sektorunda əməkdaşlıq layihələri müəyyənləşib - Səfir Muctaba Dəmirçilu

Bakı. Trend:

İran və Azərbaycan arasında enerji sektorunda ikitərəfli vəçoxtərəfli əməkdaşlıq layihələri müəyyənləşib.

Bunu Trend-ə özəl müsahibəsində İranınAzərbaycandakı səfiri Muctaba Dəmirçilu deyib.

Səfir bildirib ki, iki ölkə arasında ikitərəfli və çoxtərəfliəməkdaşlıq layihələrinin tənzimlənməsi üzrə işlərin tezliklə başaçatdırılacağı gözlənilir.

"Layihələrdən Xəzər dənizində neft rezervuarında əməkdaşlıqanlaşmasının icrası, İran-Azərbaycan-Rusiya arasında elektrikşəbəkəsinin sinxronlaşdırılması, Rusiya qazının Azərbaycan vasitəsiilə İrana nəql olunması, Azərbaycan-İran-İraq arasında qaz svopu,Azərbaycan-İran-Pakistan arasında qaz və elektrik svopunu qeydetmək olar. Enerji sektoru İran və Azərbaycan münasibətlərinininkişafında böyük əhəmiyyət kəsb edir. İran və Azərbaycanın busahədə çox yaxşı münasibətləri var."

İran səfiri qeyd edib ki, İran Azərbaycanın enerji sektorundaçox yaxşı səviyyədə investisiya yatırıb.

"Eyni zamanda Türkmənistan qazının Azərbaycana svopu, Azərbaycanqazının Naxçıvana svopu iki ölkənin qaz sektorunda ümidvericiəməkdaşlığını əks etdirir. İki ölkə Araz çayı üzərində birgəşəkildə istismar edilməsi üçün hidroqovşaqlar inşa edib və yaxıngələcəkdə həmin hidroqovşaqlarda Su Elektrik Stansiyalarıtikiləcək”, - deyə o qeyd edib.

Məqalədə:
Chosen
17
3
az.trend.az

4Sources