EN

Qızılın qiyməti yaxın aylarda kəskin bahalaşa bilər - Ekspert

“Qızıl qiymətləri həm investorlar, həm də istehlakçılar üçün diqqətlə izlənməli olan göstəricidir. Hazırda qızılın qiyməti kəskin artma meyli göstərir və bu, bir neçə amillə izah olunur”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Nəcəfzadə deyib.

Onun sözlərinə görə, geosiyasi gərginliklər və regional risklər investorları təhlükəsiz liman olan qızıla yönəldir:

“ABŞ dollarının zəifləməsi qızılın digər valyutalarla müqayisədə daha sərfəli olmasına səbəb olur. Çin və digər ölkələrin mərkəzi banklarının qızıl alışı tələbin artmasına gətirib çıxarır. Bu səbəblər nəticəsində həm beynəlxalq bazarlarda, həm də Azərbaycanda qızılın qiyməti yüksəlir. Məsələn, Azərbaycanda 585 əyarlı 5 qramlıq qızıl üzüyün qiyməti ötən il ərzində təxminən 20% artıb. Zərgər kimi bizə bu, həm qiymətli metaldan gəlir əldə etmək üçün bir fürsət, həm də qiymətlərin daha da dəyişə biləcəyini nəzərə alaraq ehtiyatlı olmağın vacib olduğunu göstərir. Qızılın qiyməti yaxın aylarda kəskin bahalaşa bilər. Bu səbəbdən həm investisiya məqsədli, həm də şəxsi zərgərlik məqsədli alış-verişlərdə bazarın hərəkətlərini yaxından izləmək tövsiyə olunur. Eyni zamanda qiymətlərin sürətlə dəyişə biləcəyini nəzərə alaraq, böyük məbləğlərlə alış-veriş etməkdən əvvəl diqqətli olmaq lazımdır”.

Chosen
5
1
kommersant.az

2Sources