EN

AYİB Azərbaycanın iqtisadi şaxələndirilməsi üzrə gələcək səylərini dəstəkləməyə hazırdır

Bakı. Trend:

"Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanıniqtisadiyyatın şaxələndirilməsi üzrə gələcək səylərini dəstəkləməyəhazırdır."

Trend xəbər verirki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrəregional direktoru Alkis Vrienios Drakinos Bakıda I AzərbaycanBeynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sənayeləşdirmə və şaxələndirmə gələcəkAzərbaycanın iqtisadi baxımdan dayanıqlı və yeni çağırışlara hazırolmasına imkan verən əsas faktorlardır.

“Təcrübə göstərir ki, Azərbaycanın gələcəyi üçün iqtisadiyyatınmüasir və rəqabətə davamlı qalması son dərəcə vacibdir. Biztexnologiyalara qoyulan investisiyalarda, ölkənin güclü insankapitalından istifadə edilməsində, habelə süni intellekt vəiqtisadiyyatın rəqəmsallaşdırılması sahəsində bacarıqlarıninkişafında böyük perspektivlər görürük”,- deyə o bildirib.

AYİB nümayəndəsi həmçinin vurğulayıb ki, rəqəmsallaşma nəqliyyatsektorunu, Orta Dəhlizin inkişafını əhəmiyyətli dərəcədə dəstəkləyəvə maliyyələşmənin əlçatanlığını asanlaşdıra bilər.

“Biz islahatlar və dəyişikliklər üçün katalizator, biliklərinibölüşə bilən, etimadı gücləndirən və inkişaf istiqamətininformalaşdırılmasına birgə kömək edən etibarlı tərəfdaşıq.Azərbaycanın hökuməti ilə çox yaxşı münasibətlərimiz var vəümidvarıq ki, bu münasibətləri davam etdirərək ölkə iqtisadiyyatınadəstək olmuş olacağıq”, - o əlavə edib.

Məqalədə:
Chosen
10
1
az.trend.az

2Sources