EN

Balaxanı neftçiləri “Konstitusiya və Suverenlik İli” minifutbol turnirinin qalibi olub

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş SOCAR-2025 minifutbol turnirinin qalibi müəyyənləşib.

APA-Economics” xəbər verir ki, sentyabrın 22-də Bakı Tennis Akademiyasında keçirilən final oyununda “Azneft” İstehsalat Birliyinin komandası “Balakhani Operating Company LTD” hasilat şirkətinin futbolçuları ilə qarşı-qarşıya gəlib. Balaxanı neftçiləri parlaq oyun nümayiş etdirərək rəqiblərinə 5:0 hesabı ilə qalib gəliblər. Eyni zamanda qalib komandanın qapıçısı Elşad Mustafayev turnirin “ən yaxşı qapıçı” tituluna da layiq görülüb.

Beləliklə, “Balakhani Operating Company LTD” ötən il “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunmuş SOCAR-2024 mini-futbol turnirində qazandığı qalib titulunu təkrarlayıb.

“Balakhani Operating Company LTD” komandasının oyunçusu Ələkbər Əlizadə sevinc hissini gizlətmirdi: “Oyun çox gərgin və məsuliyyətli idi. Rəqib də güclü idi və sonadək mübarizə apardı. Amma biz, bütün oyun boyu diqqətimizi itirmədik, bir-birimizə güvəndik və tapşırıqları sona qədər yerinə yetirdik. Qələbəmizi Azərbaycanın suverenliyini bayram edən hər bir vətəndaşımıza həsr edirik”.

Kapitan Rəşad Quliyev isə cəmi üç il qatıldıqları SOCAR mini-futbol turnirinin ikisinin qalibi olmağın qürurunu yaşayırdı: “İl boyu formada qalmaq üçün məşqlərimizi davam etdiririk. Lakin səni dəstəkləyən azarkeş toplusu, şirkətimizin rəhbərliyi qarşısında çıxış etmək tamam başqa bir hiss və məsuliyyətdir. Etimadlarını bir daha doğrultduğumuza sevindim”.





Chosen
22
6
apa.az

7Sources