EN

Bakı klubu yeni legionerlə anlaşdı

I Liqa təmsilçisi "Səbail" heyətini əcnəbi futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

"Dənizçilər" son olaraq Portuqaliyanın "Vilaverdense" klubunda çıxış etmiş Momo Sacko ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 23 yaşlı malili yarımmüdafiəçi 5 nömrəli forma altında çıxış edəcək.

Chosen
8
fanat.az

1Sources