EN

Pezeşkian Ermənistanla əlaqələri genişləndirməyə hazır olduğunu bildirib

İran Prezidenti Məsud Pezeşkian Ermənistanla əlaqələri gücləndirmək və genişləndirmək əzmində olduğunu açıqlayıb.

Missiya.Az xəbər verir ki, Pezeşkian bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyana və Baş nazir Nikol Paşinyana ünvanladığı ayrı-ayrılıqda mesajlarında bildirib.

İran Prezidenti iki ölkə rəhbərliyinin himayəsi altında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi prosesinin ümumi maraqlara və strateji hədəflərə uyğun davam edəcəyinə ümidvar olduğunu vurğulayıb. 

Pezeşkian həmçinin son illərdə Tehran və İrəvan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əldə olunan irəliləyişləri bəyan edərək, hər iki tərəfin rəsmilərinin öhdəliklərinə sadiqliyinin ikitərəfli əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Pezeşkian həmçinin qeyd edib ki, İran və Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsi təkcə Ermənistan və İran xalqlarının rifahına deyil, həm də bütün regionda sülh və sabitliyə töhfə verəcək.

 

 

Daşqın HəsənovMissiya.Az

Chosen
21
3
missiya.az

4Sources