EN

Orta dəhliz son dərəcə vacib multimodal ticarət arteriyasına çevrilməkdədir - Dünya Bankı

Bakı. Trend:

Orta dəhliz sürətlə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazvasitəsilə Şərqi Asiya ilə Avropanı birləşdirən son dərəcə vacibmultimodal ticarət arteriyasına çevrilməkdədir.

Trend xəbər verirki, bu barədə Dünya bankının Cənubi Qafqaz üzrə regional direktoruRoland Prays Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiyaForumunda çıxışında danışıb.

“Orta dəhliz ənənəvi marşrutlara siyasi neytral və dayanıqlıalternativ təklif edir”, - deyə o bildirib.

Roland Praysın sözlərinə görə, Orta dəhliz Mərkəzi Asiya vəCənubi Qafqaz iqtisadiyyatları üçün son dərəcə zəruridir:

“Mərkəzi Asiya üçün o dünya bazarlarına həyati əhəmiyyətliçıxışı təmin edir ki, bu region üçün son dərəcə önəmlidir, hərçəndo hal-hazırda dünya ticarətində kiçik paya sahibdir.”

Dünya Bankının nümayəndəsi əlavə edib ki, strateji coğrafimövqelərini nəzərə almaqla, Türkiyə və Cənubi Qafqaz ölkələri üçünbu dəhliz böyük əhəmiyyət kəsb edir.

“Ekspertlərin qeyd etdiyinə görə, proqnozlara əsasən,2023–2040-cı illər ərzində ölkələrin Orta dəhliz üzrə ticarəti pulifadəsində 150%, həcmi baxımından isə 60% artacaq. Orta dəhliz üzrəyükdaşımaların həcmi 2040-cı ilə qədər üç dəfə arta bilər, lakindəmir yolu və liman infrastrukturundakı dar boğazlar diqqət tələbedən ciddi problemə çevrilir”, -deyə R. Prays bildirib.

Məqalədə:
Chosen
8
1
az.trend.az

2Sources