Neft biznesmeni Adnan Əhmədzadənin səs-küylü həbsi son iki gündür ki, gündəmin əsas müzakirə mövzusudur. Bu həbslər bağlı müxtəlif versiyalar səsləndirilir. Sirr deyil ki, həbsin gerçək səbəblərindən biri kimi onun yüz milyonlarla vəsaiti qanunsuz yolla əldə etməsidir. Artıq ilkin məlumatlara görə, Adnan Əhmədzadəyə bağlı olan bütün biznes strukturlarında yoxlamalar olacaq. Bakuinfo.net xəbər verir ki, Gununsesi.info Adnan Əhmədzadənin əsas biznes tərəfdaşı olan Eşqin İsmayıllı barəsində sensasion məlumat əldə edib. Belə ki, Megastor Mağazalar Şəbəkəsinin sahibi olan Eşqin İsmayıllı Adnan Əhmədzadə arasında yüz milyonlarla dövriyyəsi olan anlaşmalar baş tutub. Külli kiqdarda maliyyə ödənişlərinə söykənən bu anlaşmada əsas məqsəd Adnan Əhmədzadənin qanunsuz yolla əldə etdiyi pulları leqallaşdırmaq olub. Eşqin İsmayıllının da bu prosesdə ağlasığmaz dərəcədə varlandığı vurğulanır. Onun hazırda Bakı limanında bir neçə yaxtasının, Bakıda çoxsaylı mənzillərinin, ofislərinin, hər birininin dəyəri 500 mindən baha olan avtomobillərinin olduğu bildirilir. Eşqin İsmayıllının da DTX-də aparılan istintacaq cəlb ediləcəyi qeyd edilir.