EN

Bakıdan İrəvana gedən analitik açıqladı: Anklavlar məsələsi belə həll oluna bilər

ain.az, Turkstan.az portalına istinadən məlumat yayır.

“Azərbaycan və Ermənistan cəmiyyətləri münaqişənin əleyhinədir və münasibətlərin normallaşması prosesinə başlamağa hazırdır”.

Turkustan.az xəbər verir ki, bu barədə Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov İrəvanda jurnalistlərə açıqlamasında deyib.

“Münasibətlərin nə qədər mehriban olacağını gələcək göstərəcək”, - o vurğulayıb.

İki ölkə arasında anklavlar məsələsinin həlli ilə bağlı suala cavabında Muradov qeyd edib ki, bu məsələ zamanla müəyyən ərazilərin dəyişdirilməsi yolu ilə həll oluna bilər.

“Ümumiyyətlə, deyə bilərik ki, həm Ermənistan, həm də Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyır”, - ekspert əlavə edib.

Xatırladaq ki, Türkiyə və Azərbaycandan olan nümayəndə heyətləri NATO Parlament Assambleyasının 22-23 sentyabr tarixlərində İrəvanda keçirilən seminarında iştirak edirlər./teleqraf

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
2
icma.az

3Sources