Bakı, 22 sentyabr, AZƏRTAC
Son Azərbaycan çempionu “Kür” həndbol komandasının Avropa Kubokunun ikinci təsnifat mərhələsində Macarıstanın “Balatondyured” klubu ilə keçirəcəyi oyunların yeri məlum olub.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, ilk qarşılaşma səfərdə, cavab görüşü isə Bakıda yerləşən “AHF Arena”da təşkil olunacaq.
Birinci görüş oktybarın 11-də, ikinci matç isə 19-da baş tutacaq.