EN

Daha 109 mina aşkarlandı

ain.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (15.09.2025-21.09.2025) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 95 piyada əleyhinə mina, 14 tank əleyhinə mina, 1286 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 130,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
28
operativmm.az

10Sources