EN

Azərbaycan və Belarus hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə etdi

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyev belaruslu həmkarı general-mayor Pavel Muraveyko ilə görüşüb.

Bu barədə Musavat.com Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin intensivləşdirilməsi yolları müəyyənləşdirilib", - məlumatda bildirilib.

Qeyd edək ki, K.Vəliyev hazırda Belarusda səfərdədir.

Chosen
13
6
musavat.com

7Sources