Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Ermənistanın paytaxtı İrəvana səfər edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı mərkəz öz feysbuk hesabında paylaşıb.
Bildirilib ki, M.Muradov İrəvanda NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarında iştirak edir.
Onun tədbir çərçivəsində müzakirə panellərinin birində Azərbaycan-Ermənistan sülh prosesi və regional dinamika haqqında çıxış etməsi gözlənilir.
"Cebheinfo.az"