EN

Netanyahu İordan çayının ilhaqı üçün Trampın razılığını gözləyir

BAKI, 22 sentyabr. TELEQRAF

İsrail Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampdan İordan çayının qərb sahilini ilhaq etməsinə razılıq verməsini istəyir.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, ötən həftə Qüdsdə görüş zamanı Netanyahu ABŞ dövlət katibi Marko Rubioya Fələstin Milli Administrasiyasının (PNA) fəaliyyət göstərdiyi əraziləri ilhaq etmək üçün müxtəlif variantları nəzərdən keçirdiklərini bildirib.

1993-cü il razılaşmasına görə, İordan çayının qərb sahili üç zonaya bölünür. Ərazinin 17,2 faizini tutan A zonası tam Fələstinin nəzarəti altındadır. B zonası (23,8 faiz) Fələstinin siyasi nəzarətindədir, amma hərbi nəzarət yoxdur. Ən böyük hissəsi - C zonası (59 faiz) İsrailin tam siyasi-hərbi nəzarəti altındadır.

Chosen
18
2
teleqraf.com

3Sources