EN

Deputat: “Qarabağa köçən vətəndaşlara müxtəlif işlər təklif edilir, təəssüf ki, heç də insanların hamısı işləmək istəmirlər”

120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov Qarabağa qayıdan vətəndaşların çoxunun iş tapa bilməməsi barədə narazılıqlar fonunda onlara müavinət verilməsi təklifinə münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, bu gün Qarabağda vətəndaşların işlə təmin olunmaları üçün dövlət tərəfindən bütün lazımi şərait və imkan yaradılıb.

 

“Qarabağdan olan və bu bölgədə tez-tez görüş keçirən bir deputat kimi deyə bilərəm ki, işğaldan azad olunmuş ərazilərdə kifayət qədər iş var. Bu yaxınlarda getdiyim vətəndaş qəbulunda xüsusi nümayəndəliyin əməkdaşları da iştirak edirdilər. Vətəndaşlara onlarla müxtəlif işlər təklif etdilər. Təəssüf ki, heç də insanların hamısı işləmək istəmir. Müavinətləri verə-verə, güzəştlər edə-edə insanları daha çox ələbaxımlılığa öyrədirik. Müavinət və dəstəyin verilməsinin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfi budur ki, insanlar işləmək istəmirlər, hər zaman dəstək istəyirlər. Vətəndaşlar özləri işləməkdə maraqlı olmalıdırlar. İşləmək istəyən insan üçün iş var. Qarabağda daha çox digər bölgələrdən gələnlərlər işləyirlər. Biz insanları Qarabağa qaytarırıq. Bu, böyük bir qayıdışdır. Dövlət hələ də vətəndaşlara müavinət, “qaçqınpulu” verir, dəstək göstərir. Ermənilər məskunlaşdırmanı həyata keçirə bilmədikləri üçün Qarabağı əllərində saxlaya bilmədilər. Məskunlaşdırmanı həyata keçirə bilsəydilər, bu gün Qarabağı azad etmək çox çətin olardı. Məsələnin bu tərəfini də mütləq nəzərə almalıyıq”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 22 Sentyabr 2025, 14:43   
Chosen
2
pravda.az

1Sources