EN

Azərbaycan Texnologiya Universitetində süni intellekt hakatonu keçiriləcək

Azərbaycan Texnologiya Universitetində tələbələr arasında ilk dəfə olaraq “AI hackathon” keçiriləcək. Süni intellekt hakatonu “Gələcəyin texnologiyalarına addım” devizi ilə təşkil ediləcək.

Universitetdən TƏHSİL.BİZ -in bölgə müxbirinə verilən məlumata görə, oktyabrın 28-dən 30-dək keçiriləcək yarışda tələbələr texnoloji həllər, animasiya və oyun mövzuları üzrə komandalar şəklində mübarizə aparacaq, süni intellekt və innovativ yanaşmalarla öz ideyalarını təqdim edəcəklər.

Qeydiyyat oktyabrın 18-dək aparılacaq.

Ətraflı məlumatı linkdən əldə etmək olar.

Chosen
18
1
tehsil.biz

2Sources