EN

AFFA İntizam Komitəsi MOİK klubunun futbolçusunu cəzalandırıb

AFFA İntizam Komitəsi MOİK klubunun futbolçusu Samir Məhərrəmlini 3 oyunluq cəzalandırıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

S.Məhərrəmli I Liqada II turun "Şimal" – MOİK görüşünün 90+4-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Onun komandası isə buna görə 900 manat cərimələnib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

"Cebheinfo.az"

Chosen
10
3
cebheinfo.az

7Sources