Özbəkistanda BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının müddəalarının icrasının monitorinqinə qeyri-hökumət təşkilatları cəlb olunacaq.
Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
Bildirilib ki, onlar tərəfindən alternativ qiymətləndirmə sistemi yaradılacaq.
Sənədə əsasən, 2025-ci ildən başlayaraq qeyri-hökumət qeyri-kommersiya təşkilatlarının korrupsiyaya qarşı mübarizəyə yönəlmiş layihələri üçün hər il 10 milyard manat məbləğində qrantlar ayrılacaq.