EN

“Belə səhvə görə komandanı atmaq olmaz” “Küdrü Qartalları” texniki məğlubiyyətə necə reaksiya verdi?

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Misli premyer-liqasının 4-cü turunda “İmişli” “Sumqayıt”ı məğlub etsə də, adı protokolda olmayan İbrahim Əliyevi meydana buraxmağın güdazına getdi. AFFA İntizam Komitəsi buna görə srağagün Aran təmsilçisinə texniki məğlubiyyət verdi. “İmişli”nin əsas azarkeş qrupu olan “Küdrü Qartalları”nın rəhbərlərindən Əli Əliyevin bununla bağlı fikrini öyrəndik:

“Texniki məğlubiyyətə görə klubda bir nəfəri günahlandırmaq olmaz. Texniki işçilərdən kimin səhvi varsa, hər kəs cəzalanmalıdı, cəzasın çəkməlidi. Biz həmişə komandamızın yanındayıq. Belə texniki səhvlərə görə də komandamızı tərk etmirik. Oyunlarımız qabaqdadı. Futbolçularımıza, komandamıza uğur diləyirik. Belə səhvə görə komandanı atmaq olmaz”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
icma.az

2Sources