EN

MOİK futbolçusu 3 oyunluq cəzalandırıldı

AFFA İntizam Komitəsi MOİK klubunun futbolçusu Samir Məhərrəmlini 3 oyunluq cəzalandırıb. Metbuat.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

S.Məhərrəmli I Liqada II turun "Şimal" – MOİK görüşünün 90+4-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Onun komandası isə buna görə 900 manat cərimələnib.

Chosen
2
4
metbuat.az

7Sources